“Standard & Poor's” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) korporativ kredit reytinqini yenidən “BB” səviyyəsində təsdiq edib.
Reytinq üzrə proqnoz isə “neqativ” kimi qiymətləndirilib.
Oxu.Az xəbər verir ki, “Report”un “S&P” reytinq agentliyinin rəsmi veb-saytına istinadən verdiyi xəbərə görə, SOCAR-ın təmin olunmamış prioritet borcları üzrə reytinqi də “BB” səviyyəsinə təsdiqlənib. Reytinqlə bağlı hesabatı “S&P”-nin Moskva bürosu yayıb.
U.A.
www.oxu.az