“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Bakı və Sumqayıt arasında sərnişindaşımanı sürətləndirmək üçün infrastrukturu yeniləməyi planlaşdırır, Oxu.Az Turan agentliyinə istinadən xəbər verir.
Martda 63 km uzunluğunda Bakı-Xırdalan-Sumqayıt magistralının əsaslı təmiri başlayıb. Bundan baqa, 1,65 km uzunluğunda əlavə yol çəkiləcək.
Bu layihənin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankını cəlb etmək planlaşdırılır. Layihənin reallaşdırılması məsələləri “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşündə müzakirə edilib. Bakı-Sumqayıt dəmir yolunun müasirləşdirilməsi üçün müxtəlif variantlar nəzərdən keçirilib. Həmin variantları SYSTRA konsaltinq şirkəti hazırlayıb.
QSC-nin rəhbəri Cavid Qurbanovun qeyd etdiyinə görə, Bakı-Sumqayıt dəmir yolunun yenidən qurulması sərnişindaşımaya olan tələbatı ödəyəcək və avtomobil nəqliyyatına alternativi təmin edəcək.
Dəmir yolunun müasirləşdirilməsindən başqa yeni dəmir yolu qatarlarının alınması da nəzərdə tutulur.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin