Türkiyənin son dövrlərdə Rusiya, İran, İsrail kimi ölkələr ilə enerji sektorunda atdığı addımlar ilə yanaşı, uzun müddətdir starteji əməkdaşlıq etdiyi Azərbaycandan da enerji məsələsində dəstək mesajları gəlməyə davam edir.
Oxu.Az xəbər verir ki, Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Türkiyədən keçən TANAP xəttinin əhəmiyyətindən danışarkən deyib ki, TANAP Avropanın enerji təhlükəsizliyində son dərəcədə əhəmiyyətli bir layihədir.
Nazir müavini qeyd edib ki, neftin qiymətlərinin aşağı enməsi Azərbaycan üçün əhəmiyyətli olan iri layihələrə təsir etməyib:
Nazir müavini konfransda çıxışı zamanı xatırladıb ki, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 milyard ton, qaz ehtiyatlarının həcmi isə 2,6 trilyon kubmetrdir. Sutkalıq isə 88 milyon kubmetr təbii qaz və 120 min ton neft istehsal edilib.
Neftin qiymətlərindəki aşağı enmənin Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi yüksək investisiya tələb edən layihələrin reallaşması istiqamətində kiçik bir sıxıntı yaşamadıqlarını qeyd edən Abbasov, gələcək dövrlərdə də bu layihələr ilə bağlı atılacaq addımların sürətləndiriləcəyini ifadə edib.
Məruzəsində TANAP ilə bağlı fikirlər səsləndirən nazir müavini bildirib ki, Avropanın enerji təhlükəsizliyi üçün bu layihə önəmlidir.
“Türkiyədən keçən 1850 km-lik TANAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün olduqca əhəmiyyətlidir”, - deyə N.Abbasov deyib.
Qeyd edək ki, 21 ölkədən 77 enerji üzrə mütəxəssislərin qatıldığı konfrans avqustun 31-dək Bakıda davam edəcək.
Ülviyyə R. Əli
www.oxu.az