"İşğaldan azad olmuş ərazilərdə və regionlarımızda çalışan fermerlərin, sahibkarların Bakıya gəlişi təmin ediləcək. Beynəlxalq sərgi ilin ən möhtəşəm tədbiri olacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri 18-ci Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli deyib.
O bildirib ki, süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlı bir neçə layihə sərgi iştirakçılarına göstəriləcək:
"Biz çalışacağıq ki, Azərbaycan universitetlərində süni intellekt üzrə təhsil alan tələbələr və iri aqroparklar bir-biri ilə sinerji yaratsınlar".
"Milli pavilyonlarımızın sayı yeddidir. Xarici iştirakçılar 70, daxili oyunçularımız 30 faiz təşkil edir. 31 ölkədən 450 şirkət sərgidə iştirak edəcək", - deyə o qeyd edib.
Məhərrəm Əliyev