ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra dolların məzənnəsi və dünya maliyyə bazarları çöküb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, dollara qarşı avro 2%, funt isə 1%-dən artıq möhkəmlənib.
Dollar yapon yeninə qarşı 3%, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.
Qeyd edək ki, seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib.
S.B.
www.oxu.az