Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə hazırdır
"Türkiyə Avropaya ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə hazırdır. Əgər Avropa ölkələri müvafiq siyasi iradə nümayiş etdirsə, təbii qazın Trans-Balkan qaz kəməri ilə nəqli mümkündür".
Oxu.Az TRT-yə istinadən xəbər verir ki, bunu Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin dayandırılması ilə bağlı Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.
"Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır. Əgər Avropa öz öhdəliklərinə siyasi iradə və sadiqlik nümayiş etdirsə və interkonnektorlara sərmayə qoysa, biz hər il Trans-Balkan Boru Kəməri ilə Mərkəzi və Şərqi Avropaya 10 milyard kubmetrə qədər qaz ixrac edə bilərik", - deyə nazir qeyd edib.
Xatırladaq ki, yanvarın 1-də Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu
- Hakan Fidan: "Ukraynadakı münaqişənin təcili nizamlanmasına ehtiyac var"
- Türkiyədə sinaqoqlara və yəhudi məktəblərinə hücum həyata keçirmək istəyən şəxs saxlanılıb
- "Haber Global": Türkmənistan qazının tədarükü Ankaranın TDT ilə münasibətlərini dərinləşdirəcək
- Türkiyədə əməliyyat keçirən qadının gözlərinin hərəsi bir rəngdə oldu