2015-ci ilin aprel ayında Türkiyədə Mənzil Qiymətləri İndeksi 1,68 % artaraq 181,79 olub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı (TCMB) məlumat yayıb.
Bankın məlumatına görə, mənzillərin qiyməti 2014-cü ilin aprel ayında 1.365,32 TL/m2 ikən 2015-ci ilin aprel ayında 1.596,03 TL/m2 olub.
Yəni orta hesabla mənzillərin 1 m2-nin qiyməti 231 TL (90 manat) bahalaşıb.
2014-cü ilin aprel ayında 18,50 % artan indeks, 2015-ci ilin analoji dövründə real olaraq 9, 81% artıb.
Qeyd edək ki, Azərbaycanlı iş adamları Türkiyədə mənzil almağa böyük maraq göstərirlər.
Belə ki, 2014-cü ilin statistik məlumatına görə, 1000-dən çox azərbaycanlının Türkiyədə evi var.
Ötən ilin göstəricilərinə əsasən, Azərbaycan Türkiyədə mülk sahibi olan ölkələr arasında 5-ci yerdə ( Ərəbistan, Almaniya, İngiltərə, Rusiyadan sonra) qərarlaşıb.
Ülviyyə R. Əli
www.oxu.az