Bu gün Mərkəzi Bank və Neft Fondu tərəfindən keçirilən valyuta hərracından sonra bir sıra Azərbaycan kommersiya bankları ABŞ valyutasının alış məzənnəsini daha da bahalaşdırıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1,6810 manata “Bank Avrasiya”da, ən sərfəli satış 1,6850 manata “Amrahbank və “Turanbank”dadır.
Məsələn, dolların ən sərfəli alış qiyməti olan “Bank Avrasiya” bu göstəriciyə alış qiymətini səhər saatları ilə müqayisədə 2,10 qəpik bahalaşdıraraq əldə edib: 1,6600 manatdan 1,6810 manatadək.
Bundan başqa dolların alış məzənnəsini qaldıran banklar:
“Bank of Baku” 1,6600 manatdan 1,6650 manatadək;
“Günaybank” 1,6730 manatdan 1,6780 manatadək;
“Muğanbank” 1,6650 manatdan 1,6700 manatadək;
“Yapı Kredi Bank Azərbaycan” 1,6730 manatdan 1,6760 manatadək;
“Bank BTB” (Xətai filialı) 1,6700 manatdan 1,6850 manatadək.
10:44
Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1,6750 manata, ən sərfəli satışı 1,6850 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Bank Silk Vey” və “Atabank” ABŞ valyutasının alış məzənnəsini ucuzlaşdırıb, satışı isə cüzi bahalaşdırıb.
“Bank Silk Vey” alışı - 1,6700 manatdan 1,6550 manatadək; satışı – 1,6850 manatdan 1,6900 manatadək. “Atabank” alışı - 1,6600 manatdan 1,6550 manatadək, satışı - 1,7060 manatdan 1,7050 manatadək.
“Muğanbank” əksinə, dolların alışını 3,5 qəpik bahalaşdırıb, satışı ucuzlaşdırıb: alış - 1,6300 manatdan 1,6650 manatadək, satışı -1,7100 manatdan 1,7080 manatadək.
“Bank BTB”, “Kapital Bank” və “Yapı Kredi Bank Azərbaycan” dolların yalnız alış qiymətini cüzi bahalaşdırıb: “Bank BTB” və “Kapital bank” 1,6600 AZN-dən 1,6700 AZN-ə, “Yapı Kredi Bank Azərbaycan” isə 1,6720-dən 1,6730 AZN-dək.
U.A.
www.oxu.az