Bü gün OPEK-ə üzv və qeyri üzv neft hasilatçısı ölkələri Avstriyanın paytaxtı Vyanada neft hasilatının azaldılması prosesinin detallarını və bazarın sabitləşdirilməsi vəzifəsinin həlli üzrə birgə iş mexanizmlərini müzakirə edəcəklər.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, görüşdə iştirak üçün dəvət göndərilən ölkələrin siyahısında düzəliş edilib.
Sonda siyahıya Rusiya, Braziliya, Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Türkmənistan, Misir, Kolumbiya, Bəhreyn, Bruney, Trinidad və Tobaqo, Konqo, Boliviya, Sudan, Ekvatorial Qvineya, Malayziya və Özbəkistan daxil edilib.
“Bloomberg”in məlumatına görə, görüşdə OPEK-ə daxil olmayan 10 ölkə, o cümlədən Rusiya, Azərbaycan, Qazaxıstan, Oman, Meksika, Sudan, Cənubi Sudan, Bəhreyn, Ekvatorial Qvineya və Malayziya iştirak edəcəyini təsdiqləyib.
OPEK ölkələrindən Səudiyyə Ərəbistanı, İran, Venesuela, İraq və digərləri dəvət olunub.
U.A.
www.oxu.az