Türkiyənin 81 rayonunda geniş miqyaslı əməliyyat aparılıb.
Oxu.Az-ın məlumatına görə, “Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, “Huzur” adlı əməliyyatda 40 min 507 təhlükəsizlik əməkdaşı, 7 helikopter, 10 sahil mühafizə gəmisi, 138 xüsusi təlim görmüş it iştirak edib.
Polisdən verilən məlumata görə, təhlükəsizlik və asayişi təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axşam saatlarında 81 rayonda eyni zamanda geniş miqyaslı əməliyyat həyata keçirib.
Əməliyyatlar çərçivəsində şəhərin giriş və çıxışlarında əvvəlcədən müəyyən edilmiş 906 məntəqədə axtarışlar aparılıb, şübhəli şəxs və avtomobillər yoxlanılıb.
U.A.
www.oxu.az