ABŞ-da şist neft hasilatı texnologiyasının inkişafı Səudiyyə Ərəbistanını neft bazarına istiqamət verən ölkə statusundan məhrum edib.
Oxu.Az xəbər verir ki, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, ABŞ-da “Hidroparçalama 2.0” mərhələsinə qədəm qoymaqla artıq qazma işlərinə rəhbərlik etmək üçün qazma quyusundan yüzlərcə km uzaqlıqda “İSteer” əlavəsindən istifadə etməklə bunu həyata keçirmək mümkündür.
Belə ki, ABŞ-ın ən böyük müstəqil neft-qaz şirkətlərindən olan “EOG Resources” öz rəqiblərini geridə qoyaraq üfüqi neft quyusunu artıq 38 deyil, 20 günə qaza bilir.
Bununla yanaşı, neftin maya dəyəri də ABŞ-da getdikcə azalmağa başlayıb. Norveçin “Rystad Energy” neft-qaz xidməti şirkətinə görə, şist neft hasilatçıları üçün neftin maya dəyəri 35 dollar/barelə qədər enib.
Bu yaxınlara qədər isə bu rəqəm 60-90 dollar/barel diapazonunda dəyişirdi.
Xatırladaq ki, Beynəlxalq Energetika Agentliyinin (IEA) proqnozlarına əsasən, ABŞ-da neft hasilatı 2017-ci ildə 9,2 mln. barel, 2018-ci ildə isə 9,7 mln. barel təşkil edəcək.
Qeyd edək ki, artıq keçən həftə açıqlanan “Baker Hughes” şirkətinin hesabatına görə, ABŞ-da gündəlik neft hasilatı 9,235 mln. barel təşkil edib.
S.Ərəbistanı ABŞ-ın artan neft hasilatına qarşı heç bir tədbir görə bilmir. Ölkənin gəlirlərinin 90%-i neftdən əldə olunduğundan S.Ərəbistanı hasilatı azaldaraq qiymətləri artırmağa məcburdur.
Əks halda, neft bazarında təklif artacaq və neft qiymətləri kəskin azalacaq. Amma bu durumda da S.Ərəbistanının azalan bazar payını ABŞ-ın neft şirkətləri doldurmağa davam edir.
Görünən odur ki, yaxın gələcəkdə neft qiymətlərinin 20 dollar/barel səviyyəsinə enməsi qaçılmaz olacaq.
U.A.
www.oxu.az