Rusiyanın Çelyabinsk şəhərində sürücü həyətdən çıxandan sonra küçədə dayanan bir neçə avtomobili vurub. Birtəhər əsas yola çıxdıqda isə daha bir neçə nəqliyyat vasitəsini əzib.
Oxu.Az faktxeber-e istinadən məlumat verir ki, bununla da kifayətlənməyən sürücü dayanmayıb və yoluna davam edib, lakin az sonra DİN əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, sürücü içkili imiş. RF DİN-dən bildirilib ki, sürücünü 1,5-2 il müddətinə sürücülük hüququndan məhrum etmə və 30 min rubl dəyərində administrativ cərimə gözləyir. Bundan başqa o, zərərçəkənlərə təzminat ödəməlidir.
İ.N