ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirliyinin açıqlamasında bildirilir.
“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, - deyə məlumatda qeyd olunur.
Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz ola bilməyib.
Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.
S.B.
www.oxu.az