Nəqliyyat naziri Ziya Məmmədov 2014-cü il 29 avqust tarixində Yardımlı şəhərində Cəlilabad, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 27 avqust 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır: Yardımlı “44 saylı Yol İstismarı İdarəsi” (Yardımlı şəhəri, H.Əliyev prospekti, 110); Masallı “41 saylı Yol İstismarı İdarəsi” (Masallı şəhəri, Talışxanov küçəsi, 1); Cəlilabad “56 saylı Yol İstismarı İdarəsi” (Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, Qurtuluş küçəsi, 121).
Gülnarə Zeynalova
www.oxu.az