Astarada qəbiristanlıqda başdaşlarını sındıran şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə aprelin 13-də baş verib.
Belə ki, Şiyəkəran kənd sakini Firuddin Babayevq əbiristanlığında qəbirlərin üzərindəki 16 ədəd başdaşını sındırıb.
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firuddin Babayev yaxalanıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Araşdırma aparılır.