Bakıda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bakı şəhəri Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, DİN Növbətçi Hissələri İdarəetmə Xidməti, Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, 19-cu Polis bölməsi və Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü Hikmət Soltanov tutulub.
Müəyyən edilib ki, o, oktyabrın 10-na keçən gecə, A.Məhərrəmov küçəsində Bəxtiyar Ələkbərova, oktyabrın 20-ə keçən gecə Sulduz Muxtarova, noyabrın 4-ə keçən gecə Təranə Əhmədovaya, noyabrın 7-ə keçən gecə Aygün Əzizovaya və oktyabrın 17-də Moskva prospektində yerləşən Orxan İslamova məxsus mağazalardan, qapını sındırmaqla pul, ərzaq məhsulları, tikinti materialları və digər əşyalar oğurlayıb.
Oktyabrın 21-də isə Əziz Hüseynova məxsus Moskva prospektində yerləşən mağazada qapının kilidi sındırılmaqla oğurluğa cəhd edib.
E.Ə.
www.oxu.az