Noyabrın 5-də Bakının Sabunçu rayonunda bıçaqlaşma hadisəsi baş verib.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu 3 saylı xəstəxanaya qarın nahiyəsindən bıçaq yarası almış Famin R. daxil olub.
Bakı şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı zərərçəkmişin baldızı Q.H. saxlanılıb (ad şərtidir).
Sabunçu RPİ-nin 12-ci polis bölməsinin əməkdaşlarının apardığı dindirmə zamanı zərərçəkmiş “komsomol dairəsi” adlanan yerdə naməlum şəxsin hücumuna məruz qaldığını bildirib. Lakin ilkin araşdırma zamanı polislər Famin R.-in yalan danışdığını müəyyənləşdiriblər.
“Biz Famin R.-in qardaşının arvadının izinə düşdük. Qadın bildirdi ki, yeznəsini o özü bıçaqlayıb və kişi layiq olduğu cəzanı alıb. Güman olunur ki, Famin R.-in qardaşının arvadına gözü düşüb. O, qohumuna qarşı planlarını həyata keçirmək istəyəndə qadın bıçağa əl atıb” – deyə, Sabunçu RPİ-dən bildiriblər.
Məlumdur ki, yaralı həqiqəti qohumlarından gizlətməyə çalışıb və qadına onun adını çəkməyəcəyini deyib. Hazırda istintaq G.H.-nin hərəkətlərini necə araşdırmaq barədə düşnür – bir tərəfdən o, cinayət törədib, digər tərəfdən isə namusunu qoruyub. Polislər bunu yaxşı anlayırlar və ona görə də, çətin vəziyyətdədirlər...
Faktla bağlı araşdırma aparılır.