Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Güllələnərək qətlə yetirilən FHN-in sabiq əməkdaşının meyitini tapan şəxslər DANIŞDILAR
Fövqəladə Hallar Nazirliyinin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Ramik Əhmədovun ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Yaxınları qeyd edib ki, o, evdən ov itini öyrətmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.
Onlar bildiriblər ki, Ramikin əvvəlcə alışqanı, papağı və ayaqqabıları tapılıb, lakin meyiti çox aralıda olub. Ramikin meyitini görənlərin sözlərinə görə, onun nəşi ağzıyuxarı vəziyyətdə imiş və bədənində güllə yarası olub.
Ətraflı Xəzər TV-nin süjetində:
"Qardaşım srağagün öz iti ilə evdən çıxıb meşəyə gedib. Dünən güllələnmiş meyitini tapdıq. Bu gün torpağa tapşırılıb. Kimin güllələdiyini bilmirik, şübhələndiyimiz adam da yoxdur".
Bunu Oxu.Az-a açıqlamasında Qusarda bir neçə gündür itkin düşən və dünən meyiti tapılan Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Ramik Əhmədovun qardaşı Edik Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, qardaşının heç kimlə problem olmayıb:
"O, itini gəzdirməyə aparmışdı. Meşədə yerdən qazılmış, üstüqapalı ev var idi. Qardaşım orada güllələnib, amma meyiti yaxınlıqda tapılıb. İt isə sonradan özü gəlib evə. Ailə və dostları ilə münasibəti qaydasında idi".
Qusarda bir neçə gündür itkin düşən və meyiti tapılan 1981-ci il təvəllüdlü Ramiq Radik oğlu Əhmədov əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ramiq Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində gizir vəzifəsində işləyib və vəzifəsindən bir ay öncə öz istəyi ilə ayrılıb.
Ramiq Əhmədov ailəli olub, iki qızı və bir oğlu var.
Faktla bağlı cinayət işi açılıb, polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məlumat üçün bildirək ki, mərhum bu gün saat 11:00-da yaşadığı Hil kəndində dəfn olunub.
Məhərrəm Əliyev
Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.
Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Rəylər