Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Goranboyda baş vermiş bıçaqlanma hadisəsinin DETALLARI
Goranboyun Qazanbulaq qəsəbəsində 42 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Vahid Nağıyevin münaqişə zəminində Kəlbəcər rayon sakini, 24 yaşlı İsmayıl Süleymanov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı xəsarət alan Vahid Nağıyev həyat yoldaşı ilə birlikdə özünün minik avtomobilinə əyləşib və xəstəxanaya gedən zaman yolda huşunu itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Daha sonra isə yaralı Vahid Nağıyev təcili tibbi yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli şəxs isə saxlanıb.
Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra bəlli olacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Ətraflı süjetdə:
Rəylər