İşlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, hadisə Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən baş verib.
Burada ofisiant işləyən, şəhər sakini İ. Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ. Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.
Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu "gözətçiliyi" 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ. Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.
İ. Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.
Rəylər