Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün VAZ-2112 markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verib.
Sürücü A.Süleymanov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
"Samux rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar