Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Samuxda keçmiş məhkumdan 16 kiloqrama yaxın narkotik aşkarlandı
Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 45 yaşlı Namiq Abdullayev saxlanılıb.
Ondan ümumilikdə 16 kiloqrama yaxın marixuana, eləcə də güclü təsiredici narkotik vasitələr qrupuna daxil olan həşiş, tiryək və heroin aşkar olunub.
Araşdırmalarla N.Abdullayevin maddi qazanc müqabilində narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri respublikanın müxtəlif bölgələrinə çatdırmağı planlaşdırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar
- Ağcabədidə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar
- Naxçıvanda ƏMƏLİYYAT: Saxlanılanlar var
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub