Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ucarda kabelləri oğurlayan qohumlar saxlanılıblar
Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rabitə dirəklərindən ümumi dəyəri 10 000 manata yaxın olan TPP tipli kabel oğurlayan rayon sakinləri Vüsal Fərzəliyev, Nicat Cəfərov və Sənan Cəfərov saxlanılıblar.
Araşdırma zamanı adıçəkilən şəxslərin noyabr-dekabr ayları ərzində Ucar şəhəri və üç kəndi ərazisində olan rabitə dirəklərindən 2400 metrdən artıq kommunikasiya kabellərini kəsdikləri, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrinə satdıqları və əldə etdiyi pulları öz aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb. V.Fərzəliyevin, N.Cəfərovun və S.Cəfərovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub
- Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI
- Bankomatdan insanların pulunu oğurlayan şəxs 13-cü dəfə həbs edildi
- Xaçmazda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Masallıda marketlərə qənim kəsilən şəxs SAXLANILDI - Başqa cinayətləri də ortaya çıxdı