Fotoda Adolf Hitlerin və Eva Braunun Berlinin süqutundan sonra vəfat etdikləri məkanın məişət əşyaları, qanlı örtüklü mebel həkk olunub.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, bunkerə daxil olmaq üçün 1945-ci ildə fotoqraf Uilyam Vandivretə icazə verilib. Unikal fotolar Life Magazine-də dərc edilib.
Tarixi kadrlar Führerbunker-i Berlinin süqutundan sonra Adolf Hitlerin və Eva Braunun intihar etdikləri yeraltı bunkeri əks etdirir.
56 yaşlı Adolf Hitlerin və 33 yaşlı Eva Braunun Berlinin mərkəzində vəfatı üçüncü Reyxin tamamilə məğlubiyyəti demək idi.
Cütlük həyatlarının bir neçə ayını bu bunkerdə keçiriblər. Tarixçilərin fikrincə Hitler gicgahına atəş açaraq, Eva isə sianat qəbul edərək intihar edib.
İntihardan iki həftə sonra fotoqraf Uilyam Vandivret fürrerin sonuncu sığınacaq yerini təfərrüatı ilə fotolarda əks etdirən ilk adam idi.
Aliyə İsmayılzadə
www.oxu.az