12 illik boksçu Floyd Meyvezerin (Floyd 'Money' Mayweather) “sağ əli” olan Taşa Robinson-Uayt (Tasha Robinson-White) bu yaxınlarda eksklüziv müsahibə verərək 37 yaşlı boksçunun pula olan hərisliyindən danışıb.
Taşa Floydun yüksəlişinin şahidi olub və onun şəxsi həyatı haqqında çox şey bilir. O, məğlubedilməz çempionun dəbdəbə düşgünü olmasından, özünü striptiz göstərən qadınlarla əhatə etməsindən, tamamən yad adamlara təmtəraqlı hədiyyələr verməsindən və Floydun 15 milyon itirməsinə səbəb olan hadisədən danışıb.
Floyd qumar oynamağı və oyuna böyük məbləğdə pul qoymağı sevir. Oyunda itirdiyi ən böyük pul məbləği isə 15 milyon dollar olub. Boksçu onu milyarder edəcək insanın sözünə inanıb və oyuna böyük məbləğdə pul qoyub. Sonradan isə həmin adamın adi fırıldaqçı olduğu meydana çıxıb, bundan başqa həmin işdə Floydun yaxın ətrafından olan adamların da əli olduğu aşkarlanıb.
Floyd Meyvezer-oğul məğlubedilməz, orta çəki kateqoriyasında çıxış edən amerikalı peşəkar boksçudur.
O, 2-ci yarım-yüngül (versiya WBC, 1998-2001), yüngül (versiya WBC, 2002-2003), 1-ci yarım-orta (versiya WBC, 2005), yarım-orta (versiya IBF, 2006; WBC, 2006, 2007, 2011-ci ildən indiyə qədər; versiya WBA, 2014-cü ildən indiyə qədər), 1-ci orta (versiya WBC, 2007, 2013-cü ildən indiyə qədər; WBA, 2012-ci ildən indiyə qədər) kateqoriyalar üzrə çempiondur.
Çəki kateqoriyasından asılı olmayaraq, “Ring” jurnalının versiyasına görə, o, 2005, 2006, 2007, 2012, 2013 və 2014-cü illərin ən yaxşı boksçusudur. Məşqçi Rocer Meyvezerdir.
Floyd Meyvezer çəki kateqoriyasından asılı olmayaraq hal-hazırda da ən yaxşı boksçudur.