Dünyada ən uzunmüddətli ailə münasibətlərinə malik ər-arvadın adı açıqlanıb.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bunlar yaponiyalı Masao Matsumoto və onun həyat yoldaşı Miyakodur.
Rekord rəsmən Ginness rekordları kitabına daxil edilib.
Miyako Matsumoto uzunmüddətli nikahın sirrini belə izah edib: “Mən çox sevincliyəm. Düşünürəm ki, səbəb səbrli olmağımdır”
Onlar 1937-ci ildə nikah bağlayıblar. Hazırda Matsumotonun 108 yaşı, həyat yoldaşının isə 100 yaşı var.
Cütlüyün toyu olmayıb. Çünki Masaonu o vaxt müharibəyə göndəriblər.
Cütlüyün 25 nəvəsi var.
