Azərbaycanı Avropa Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” klubunun turnir üçün sifariş ərizəsi müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, son Azərbaycan çempionu beş qapıçı, doqquz müdafiəçi, on bir yarımmüdafiəçi və bir hücumçunun adını sifariş ərizəsinə daxil edib.
İştirak ərizəsində yeni transfer Araz Abdullayev də adı var.
“Qarabağ”ın Avropa Liqasında qapısını Hannes Tur Halldorsson, Şahruddin Məhəmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev və Məmməd Hüseynov qoruyacaq.
Müdafiə xətti Qara Qarayev, Rahil Məmmədov, Maksim Medvedev, Mahir Mədətov, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov, Yakub Jezniçak və Bədavi Hüseynova tapşırılıb.
Yarımmüdafiədə Simeon Slavçev, Miçel, Araz Abdullayev, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Zaur Fərzəliyev, Con Delarj, Donald Gerrye və Coşqun Diniyev mübarizə aparacaqlar.
Ağdam klubunun yeganə hücumçusu isə İnnosent Emeqaradır.
Xatırladaq ki, E qrupunda yer alan “Qarabağ” İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə üz-üzə gələcək.
Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə Portuqaliya təmsilçisinə qarşı keçirəcək.