Əhalisinin əsas faizi orduda olan dövlət təsəvvür edin. Elə bir dövlət ki, 20 yaşından 50 yaşına qədər bütün kişilər hərbçilərdir, sözün əsl mənasında çarpayısının altında silah olan adamlardır. 50 yaşından sonra da sənə silah verən və ölənə qədər poliqonda görməyə sevinən bir dövlət. Tapança və ya tüfəngi endirimli qiymətlə almağa yola gətirən bir dövlət. 22 minlik ordunu 2-4 saat ərzində 650 minlik, iki sutka ərzində isə 1,7 milyonluq gözəl təlim keçmiş, yaxşı silahlanmış orduya çevirə bilən dövlət (nümunə üçün – ABŞ ordusu 1,3 milyonluq həmin sayda ehtiyatı var, Çin ordusu 2,4 milyon, üstəgəl 1 milyonluq ehtiyatı var).
Dünyada ən hərbiləşdirilmiş ölkəni təsəvvür edin...
Və nəzərə alın ki, bu dişinə qədər silahlanmış ölkə Cenevrədən Davosa, Sürixdən Luqanoya qədər qazılmış tunellərlə, mühafizə məkanları, silah anbarları, raket-artilleriya hündür dağlar arasındadır.
İsveçrənin ordusu dünyada milyonluq kadr strukturu olan yeganə ölkə deyil. Bu prinsipə görə Bundesver qurulub, sovet “kadr” diviziyasına analoqudur. Yəni, bu “az əsgər + çox zabit kadrları + unterzabitlər + mülki ehtiyatda olanlar + təlim toplanışlar = lazım olduğu halda” sistemidir.
“Ordu və xalq ayrılmazdır” ideyası mütləq həddə çatdırılıb.
Kənardan bu, belə görünür...
Hərbçi kadrlar ölkədə 9000-ə yaxındır, əsasən aviasiyada.
Xidmətdə və təkrar hazırlıqda olan – 10-15 min adam var. Əsgər 90 gün müddətinə Rekrutenschule - Ecole de recrue çağırır. Bu müddət bitdikdən sonra dövlət döyüşçüyə güllə ilə dolu iki silah çarxı (tüfəng və ya tapança) verir, “nazir konservası”, ilin mövsümləri üçün üç dəst forma, sursat, zirehli jilet və kaska verir, o, bu verilənlər ilə evinə dönür. Verilənləri istədiyi kimi saxlayır, bunu heç kim yoxlamır. 32 yaşına qədər əsgər “austsuq”, 42 yaşına qədər “landver” və 50 yaşında “landşturm” olur. Sıravi austsuq-u 10 il ərzində öz hissəsində, hər biri üç həftədən ibarət 8, Landşturm – iki həftəlik 1 dəfə toplanış keçir.
51 yaşı olan kimi rəsmi olaraq ordudan tərxis edilir, tüfəng, tapança və “konserva” alınır, pompalı qırma verilir və Böyük Zvisdes və total səfərbərlik üçün səfərbərlik təyinatı verilir.
İsveçrə ordusunun xüsusiyyəti – zabitlərin gücləndirilmiş hazırlığı. Zabit olmaq istəyənlər əlavə toplanışlar keçir – hər ranq təxminən 100 gündür. Bundan yeri gəlmişkən istifadə edilir, bu isə işverənlərin xoşuna gəlmir, çünki xüsusi şöbələrdən tutmuş xırda şöbə müdirlərinə qədər bundan istifadə edirlər. Deyilənlərə görə onlar məvacibin saxlanma şərti ilə həyat yoldaşlarından və işdən yayınaraq atışmalı piknik düzəldirlər, bu isə belə deyil, orada xidmət gedir.
Səbəb isə ondadır ki, lazımi vaxt lazımi yerdə olmağın nəticəsində pulemyot arxasında qalaraq yüksək vəzifəli, eləcə də cari və ya gələcək kolleqalar, faydalı siyasətçi-deputatlar ilə ünsiyyətdə olmaq olar, çünki heç kim xidmətdən yan keçə bilmir, hətta prezidentlər belə.
7,5 milyon əhalisi olan ölkənin hərbi büdcəsi bilirsiz nə qədərdir? – təxminən 5 milyard!!! Sursat nədir? Çox şey – 800 (!) tank və zirehli maşın (420 Leopard-2, 150 M-109). Ölkədə 350 hərbi, 120 təlim təyyarəsi və 100 vertolyotu olan 14 eskadriliya var! Park müntəzəm olaraq yenilənir, məsələn, amerikan ordusunda olduğu kimi təyyarəçinin öz təyyarəsindən cavan olmasına imkan yoxdur. Təmir edilmiş və yoxlanılmış ordu silahlarını dövlət müəyyən endirim ilə vətəndaşlara satır, əsasən də qadınlara, qeydiyyat çox sadədir bu da yalnız mağazadan yeni alınan silahlar üçün tətbiq edilir. İkinci əl silahlar üçün isə qeydiyyat tələb edilmir. Yalnız ordu silahının qiymətləndirilməsinə görə əhalidə milyon yarım karabin və ovçu silahı var. Üstəgəl iki milyon tapança. Dünyada silah üzrə əhalinin sayına görə və silahlı əhalinin sayına görə dördüncü yeri tutur.
Ölkədə onlarla atıcılıq klubu var, tir isə demək olar ki, kafelərlə eyni say təşkil edir. Əsgər necə xidmət edir? Pis olmur, kartof təmizləmir, qab yumur, hasar rəngləmir – bütün bunları xüsusi şirkətlər edir. İndi isə yerinizi rahatlayın – o hətta növbə belə çəkmir! Hərbi hissənin perimetrini xüsusi mühafizə şirkətləri qoruyur!
Bu, xidmət deyil, bayramdır sanki! Kurirt!
Nə isə, bal çəlləyinə bir qaşıq qətran əlavə edək...
Elə bu kurortdan başlayaq. Oyanma vaxtı 5.00, və qalan hər şey qaçaraq... Fasilə yalnız yeməyə və fiziki tələbat üçün verilir, əməlli başlı müharibədir – fiziki hazırlıq, əlbəyaxa döyüş, sürücülük, texnika, alpinizm və yenə hər şey yenidən... Beləliklə, yatana qədər. Yatma vaxtı isə - 00:00. 05:00-da yenidən qalxmaq lazımdır. Deyilənə görə belə gərginlik hər orduda yoxdur.
Əsgərləri o qədər qovurlar ki, onlar Terminator və Remboya çevrilirlər. Məsələn, Darvin-2007 mükafatı alan zabit. Əldən düşənə qədər əsgərinə tapança ilə davranmağı öyrədir, sonra isə yorğun döyüşçünün üstünə tüfəng bıçağı ilə cumur. Nəticə - yerində güllələnmə.
Sonra... Düzdür, atıcılıq təşəbbüsü, sağlam vətənpərvərlik və s. və i.a. amma vətənin tutumlu əlləri də mövcuddur. Çağırış üzrə gəlməmək (sessiya, toy, içkili olmaq, məzuniyyət və s.) cərimə və həbsxanaya karyeraya son qoyacaq bir maddə ilə düşmə təhlükəsi ilə müşayiət edilir. Bundan sonra onu heç vaxt heç kim sanballı işə almayacaq. Ağ bilet? Sən korsan, xəstəsən, ya mühacirsən? Ordunun saxlanması üçün üç faizli vergini buyur. Psifist-Alternativçisən? Eyni çağırış vərəqələrini, bələdiyyə zibillərini daşımağa buyur, həm də dəfələrlə tez-tez. Xaricdə çalışırsan və səbəbsiz toplanışa gəlməmisən, ya unutmusan? Yuxarıya diqqət et – həbsxana sənin ikinci evindir.
Daha sonra... Sakit ölkə? Nağıldır! Əhali sayına görə odlu silahdan ölüm hadisələrinə görə ikinci yeri tutur. Amma ədalət naminə demək lazımdır ki, bu, silahların artıq olmasının nəticəsidir. Əgər Avropanın qalan hissəsində avaranı, oğrunu və ya intihar edən şəxs dəyənəklə belindən, tavayla alnından və ya boğazına ip keçirmək gözləyirsə, İsveçrədə - SİQ, Sfinks və ya Qlok gözləyir.
İsveçrə ordusunda bir gün..
Oktyabrın ilk günləri... Havada Alp dağlarının ətri, hörümçək torları uzaqdan isə inək zınqrovlarının səsləri gəlir. Bütün bunlarla yanaşı zaman-zaman göy gurultusu eşidilir. Bu Elm kəndi yaxınlığında tankodromdan gəlir. Burada payız təlimləri keçirilir.
Şosedən sola dönürük, bir neçə yüz metrdən sonra ikiçıxışlı daxili platsı olan tikiliyə yaxınlaşırıq. 14-cü tank batalyonunun qarşısında bizi üç zabit: ober-leytenant Georq Klinqler, kapitan Mixael İzenrinq və leytenant-tərcüməçi Aleksey Qromov qarşılayır. İsveçrə ordusunda keçirəcəyimiz gün cədvəl üzrə başladı. Və təbii ki, mütləq olan səhər qəhvəsi və kruassanlarla.
Dağlarda Poliqon...
İsveçrə Konfederasiyası – kiçik ölkədir tankodromu cəmi iki dənədir. Onlardan biri dağ vadisi Vilhenalpda yerləşir. O, 40 ildən artıqdır ki, mövcuddur, amma son elektron texnologiya vasitələri ilə təchiz edilib və Avropada ən böyük hesab edilir. Kiçik vadini əhatə edən Toddi qarlı qayalar massivi təhlükəsizlik texnikasının tələbi olan 500 metri ötərək, atışma zamanı təbii maneə rolunu oynayır. Buradan mexaniki emalatxanaları olan 20 zirehli alman tankı “Leopard” və SP 2000 yüngül tankları üçün anqar görünür. Ətəkdə isə ingilis “Senturion” dayanıb.
Emalatxanalarda mülki şəxslər, adi iş müqaviləsinə əsasən xidmət edir. Bir tərəfdən anqara kərpic tikili, digər tərəfdən isə burada qrenader adlandırılan piyada-əsgərlər üçün açıq atəş yeri birləşir. Bütün tikililər poliqonun əvvəlində səliqə ilə yerləşdirilib. Zirehli maşınlar kilometrdən az olmayaraq məsafəyə hərəkət edir, amma onlar çiplə...
Elə təchiz edildiyi üçün istənilən manevri elektron xəritədə əks etdirilir. Qalada daima altı zabit növbə çəkir, amma əgər bölmə komandirləri gələrsə müşahidəçilərin sayı artaraq 12 nəfərə çatır. Yaxınlıqda quraşdırılan kamerada dağ cığırlarında istənilən hərəkət qeydə alınır ki, canlı heç nə atəş zonasına düşməsin.
Gün ərzində poliqonda 20-yə yaxın atəş açılır. Bu rəqəmin daha da təsirləndirici olması üçün əlavə edək ki, bir tank atəşi 700 dollardan artıqdır. Atəş adətən 120-mm hərbi mərmilərlə açılır.
Payız təlimlərinin dörd həftəsinə 49 min litr dizel yanacağı alırlar, tank briqadası isə iki dənədir. Ümumilikdə İsveçrə ordusunun nəzdində 687 tank və 483 digər zirehli texnika var. Bax buna görə də Baş qərərgahda Berndə bu yanacağı bölmələr arasında elə bölməyə çalışırlar ki, az xərclərlə, amma lazımi səviyyədə təlim keçsinlər.
Növbəsi çatmış digər yüngül zirehli maşın mövqeyə çıxır. Bu maşınlara on desant yerləşir. Onlar alçaq dəmir oturacaqlarda sıx oturaraq dizləri arasında SİG 550 silahını sıxırlar. Əsgərlərin kamuflyajına da çip bərkidilib, ona görə də onların dağ çayına keçidi demək olar ki, göz qabağında olacaq. Beləliklə təlim başladı. İsveçrə ordusunda, ümumiyyətlə əgər qaydalar varsa onlara sözsüz riayət ediləcək. Bu xarakterik cəhətdir.
Hər ailədə silah...
İsveçrə ordusunda 3,5 min zabit kadr xidmət edir: Baş qərərgahın zabitləri, unter-zabitlər həm xüsusitəyinatlı dəstələrin əsgərləri, həm də hərbi polis. Qalan 120 min fəal milisyon əsgərlər və zabitlər, eləcə də 230 minlik ehtiyatda olan hərbçilər əsas “qüvvə”ni təşkil edir.
İkinci dünya müharibəsi zamanı faşistyönümlü qüvvələrlə əhatə edilmiş, Hitler Almaniyası ilə sərhədləri olan İsveçrə hərbi mükəlləfiyyətlilərə silah paylayırdı. Həqiqi hərbi xidməti mobil hərbi bölüklər sərhəd rayonlarında dağlarda çəkirdilər.
Silah isə müharibə dövründən ailələrdə şkaflarda hərbi forma və çanta ilə saxlanılır. Yeri gəlmişkən orduda polisdə olduğu kimi yalnız İsveçrə vətəndaşları xidmət edə bilər.
Əsgər ordudan gündəlik olaraq 6 dollar, zabit isə 8,5 dollar məvacib alır.
Ruslara uyğun deyil...
Saat 12-də əsgər və zabitlər piyada taxtadan tikilmiş elm tirinə gedirlər, burada müvəqqəti yeməkxana yerləşir. Əsgərlər toyuq əti ilə makaron və tərəvəz alırdılar. Zabit və unter-zabitlər də eyni yeməyi yeyirdilər, amma öz əsgərlərindən sonra elə həmin masa arxasında.
Ümumi yatma saatı 00.00-dır.
Bizim qaldığımız kazarma kiçik hesab edilir, bura 130 adam yerləşir. O əsgər (20 nəfərlik) unter-zabit və zabit (6 nəfərə qədər) otaqlarına bölünür. Onlar demək olar ki, bir-birindən çox da seçilmirlər. Ayaqyolu və hamamlar təmizliyi ilə göz oxşayır.
Burada intizamla əlaqəli problem yoxdur. Nəzarət funksiyalarını zabitlər yerinə yetirir. Nadir cinayət pozuntularına isə hərbi prokurorluq baxır.
Bütün bunları bizi müşayiət edən zabitlərlə müzakirə edirdik.
Georq Klinqler iki həftə sonra “mülki” vətəndaş olduqda vəkillik ilə məşğul olacaq. İndi isə o, sadəcə jurnalistlərin suallarını cavablandırır.
Kapitan Mixael İzenrinq rekrut məktəbini bitirdikdən sonra milis-zabit məktəbinə göndərilib. O heç vaxt ixtisasçı zabit olmaq istəməsə də milis-orduda müəyyən karyera qurub. O proqramistdir, iki övladı var.
Aleksey Qromov yeddi yaşında ailəsi ilə İsveçrəyə gəlib. Onun rus valideynləri alimdir, Surixdə texniki universitetində müqavilə üzrə işləyirlər. 18 yaşında İsveçrə vətəndaşı pasportunu alan Qromov çağırış məntəqəsinə gəlmək üçün vərəqə alır. Rus dilini bildiyi üçün komandanlığın gözündə az qala poliqlot idi. Beləliklə də Qromov hərbi tərcüməçi kimi zabitlər məktəbinə yollandı.
Amma gənc adam məyusluğunu gizlətmir: “Toplanışa hazırlanarkən əsgər və zabitlər fiziki hazırlaşmırlar, baxmayaraq ki, bunun üçün bütün lazımi şərait mövcuddur. Onlar sadəcə müəyyən edilmiş müddəti keçirlər. Bu, mənim üçün əlverişlidir. Mən ordunu başqa cür təsəvvür edirdim. Yəqin ki, rus anlayışı ilə. Mənim isveçrəli yoldaşlarım isə bunu tamamən normal sayırlar”.