Çində restoranların birində ilginc olay baş verib
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Çində olduqca məşhur olan ilan şorbası hazırlayan Peng Fan adlı aşpaz ilanın başını kəsdib, geridə qalanını yemək üçün hazırlamaq istəyib.
Lakin 20 dəqiqə sonra kəsdiyi ilan başı tərəfindən yaralanan aşpaz zəhərlənərək həmin dəqiqə mətbəxdə can verib. Baş vermiş hadisədən həm restorana gələn müştərilər, həm də aşpazın yoldaşları şoka düşüblər.
Hadisədən sonra bir çox mütəxəssislər baş vermiş olayla bağlı öz fikirlərini bildiriblər. Onların sözlərinə görə, ilan da daxil olmaqla əksər sürünən canlıların başını gövdəsindən ayırdıqdan sonra onlara 1 saat ərzində toxunmaq çox təhlükəlidir.