Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən qəza ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda “Mercedes” markalı minik avtomobilinin səkiyə çırpılması nəticəndə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücüsü, 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin, 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun cəsədlərini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
***
08:41
Gəncədə ağır qəza nəticəsində ölənlərin kimliyi müəyyənləşdirilib.
Oxu.Az-ın APA-nın qərb bürosuna istinadla xəbərinə görə, onlardan biri 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlu, digəri 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğludur.
***
00.17
Gəncədə iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, ilkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb.
İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
02.11.2017, 23:12
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb.
“Mercedes” markalı avtomobilin aşması nəticəsində iki nəfər – sürücü və sərnişin dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az