Gəncədə zəncirvarı qəza baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Sadıx Rəhimov küçəsində “VAZ-21012” və “VAZ21099” markalı avtomobillər toqquşub.
Zərbənin gücündən həmin avtomobillər yolun kənarında dayanan “QAZ-24”, “Hyundai Sonata” və “QAZel” markalı avtomobillərə çırpılıb. Hadisədə 1936-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
A.M.