Oxu.Az technote.az-a istinadla bu həftənin ən yaxşı “Android” oyunlarını təqdim edir:
“Space Marshals 2”


Taktiki “stealth-shooter” janrlı bu oyun çıxdığı andan etibarən həm professionalların, həm də adi oyunçuların diqqətini cəlb etmişdi. Bu, təəccüblü deyil. Belə ki, oyunun yaradıcıları bütün vacib detalları yüksək səviyyədə yerinə yetiriblər. Gözəl qrafika, bir xeyli oyun məzmunu, sadə və rahat idarəetmə və xırdalığlarına kimi düşünülmüş gameplay. Beləliklə, “Pixelbite” studiyası oyunun ikinci hissəsi ilə bizləri sevindirir. İkinci oyun bir növ birincinin davamıdır. Oyunçu əvvəlki oyunda azadlıqda olan cinayətkarları tutmaqla məşğul olacaq. Lakin yeni oyun bir sıra yeniliklər əldə etmişdir. Onu da qeyd etmək lazımdır ki, komfortlu oyun üçün texniki tərəfdən bir qədər güclü smartfon lazım olacaq. Oyunu buradan yükləyə bilərsiniz.


“PinOut”


İlk baxışdan bu adi pinbol oyununa bənzəyə bilər. Lakin sözügedən oyun klassik pinbolu əyləncəli edir. Belə ki, oyundakı pinbol mühiti kanyonların tərzində hazırlanıb və oyun vaxtı çox əyləncəli retro janrlı musiqilər səslənir. “PinOut”u pulsuz və reklamsız oynamaq mümkündür. Oyunu buradan yükləyə bilərsiniz.


“Paper Wings”


“Paper Wings” oyununda əsas məqsəd kağızdan hazırlanmış quşu idarə edərək göydən düşən qızıl qəpikləri yığmaqdır. Həmin qəpiklərin yerə düşmələrinin qarşısını almaq lazım gələcək. Əks halda, oyun yenidən başlayacaq. Oyun zamanı sizləri maraqlı səviyyələr və bir-birindən gözəl kağız quşlar gözləyəcək. Oyunda idarəetmə çox sadədir. Belə ki, oyunçu barmağı ilə ekrana toxunaraq quşa istiqamət verməli və qəpikləri yığmalıdır. Oyunu buradan yükləyə bilərsiniz.


A.S.
www.oxu.az