Amerikalı məşhur müğənni Cenifer Lopez hər çıxışı ilə tamaşaçılarını heyran etməyi bacarır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ifaçı 44 yaşı olmasına baxmayaraq cazibəsini hələ də qoruyub saxlaya bilib. JLO pərəstişkarlarını yalnız görünüşü ilə deyil, enerjisi ilə də heyran edir. Cenifer açıq-aydın illərə meydan oxuyur, digər sənət yoldaşlarını arxada qoyub. 2 uşaq anası olan müğənni ötən gün Nyu-Yorkda növbəti konsert proqramı ilə çıxış edib. Lopez ifası ilə yanaşı səhnədəki möhtəşəm rəqs şouları ilə də minlərlə tamaşaçısını heyran edib.
Son zamanlar daha çox alt hissəsi qısa şort, üzərindən isə ətək formalı geyimlərə üstünlük verən JLO açıq-saçıq libası ilə göz qamaşdırıb. O, səhnədə gənc rəqqaslarla şou göstərərək həmkarlarını geridə qoya biləcəyini nümayiş etdirib.
Möhtəşəm konsertdən olan fotoları sizə təqdim edirik: