Uzun illərdir ki, at yarışları kübar təbəqənin həyat tərzi ilə assosiasiya edilir. İnsanın təxəyyülündə gözəl geyimli eleqant xanımlar, ingilis centlmenlərinin və gözəl cıdır atlarının təsviri yaranır.
Bu insanlar rəsmi şəkillərdə nə qədər əlçatmaz və alicənab görünürlər, bəzən hətta bu həyatda əldən verdiyimiz imkanlara heyfsilənməyə vadar edirlər.
Amma müasir dünyada bu məşhur asudə vaxt keçirmə tamamən başqa bir şeyə çevrilib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, bu tədbirdən qayıdan iştirakçının sözlərinə görə, “kral at yarışları” ifadəsini eşidərkən təsəvvürümüzdə yaranan təsvirlərin həqiqətdə baş verənlərlə heç bir əlaqəsi yoxdur.
Şahidin sözlərinə görə, yarışlar keçirilən Askot, bir sürü sərxoş, yarıçılpaq, söyüş söyən, litrlərlə pivə içən, özündən sonra sidik və qusmaq gölməçələri qoyan qadın və kişilərin toplaşdığı bir yerdir.
Yerli sakinlər deyirlər ki, vəziyyət ildən-ilə pisləşir. Çoxları isə bu tədbirin 300 illik tarixi olmasına baxmayaraq ümumiyyətlə, keçirilməməsinin tərəfdarıdır.
Çoxları deyir ki, bu yarışlarda artıq iştirak etmirlər, belə ki, at yarışlarının insanları həqiqətən maraqlandırdığı dövrlər geridə qalıb.
“İndi insanlar bura yeməyə və əyyaşlıq etməyə gəlirlər”, - şahidlərdən biri deyib.
Oxuculara kübar ingilis publikasının yarışlarda əslində necə vaxt keçirdiyini əks etdirən fotoları təqdim edirik:
Aliyə İsmayılzadə
www.oxu.az