Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günehir yolunda “Mercedes” markalı minik avtomobili dərəyə aşıb.
Qəza zamanı Məmmədli Vüsal Rüstəm oğlu (1984), Rzayev Əlizamin Xəraqət oğlu (1986), Məmmədov Elşad Mehdi oğlu (1983) və Niftiyev Fərrrux Minəxan oğlu (1988) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların ikisinin vəziyyəti ağır, ikisinin isə orta ağırdır.
Qeyd edilir ki, qəzaya uğrayana avtomobilin sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar.
S.B.
www.oxu.az