Fransanın Bordoeaux şəhərində yaşayan Tomas və Vincent Seris əkiz qardaşları “xeroderma pigmentosum” xəstəliyindən əziyyət çəkirlər və günəş şüalarına qarşı ölümcül allergiyaya sahibdirlər.
Oxu.Az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Onlar həftəlik alış-verişlərini edərkən ilk baxışda kosmonavt obrazını oynayan iki yetkin şəxs kimi görünə bilərlər, amma əslində bu iki insan günəşin ultrabənövşəyi şüalarına məruz qalmamaq üçün bunu edirlər. Əks halda əkizlər dəri xərçəngi riski ilə qarşı-qarşıya qalmış olacaqlar. Hətta bəzi hallarda günəş işığına yalnız bir dəfə baxışları belə onlarda xərçəngin inkişafına kifayət edə bilər.
Qeyd edək ki, “xeroderma pigmentosum” xəstəliyindən əziyyət çəkən xəstələr günəşin ultrabənövşəyi şüalarına qarşı həddindən artıq həssaslıq göstərirlər və bu nadir görülən genetik xəstəlik nəsildən-nəslə keçir.
ABŞ-da “xeroderma pigmentosum” xəstələrinə milyonda bir rast gəlindiyi halda, Braziliyanın Araras şəhərində isə hər 40 adamdan biri bu xəstəlikdən əziyyət çəkir. “Xeroderma pigmentosum” müalicəsi olmayan xəstəliklərdən biridir. Səhiyyə mütəxəssisləri yalnız xəstəlik əlamətlərini yüngülləşdirəcək üsullar tətbiq edə bilirlər.
Aytən Sadıqzadə
www.oxu.az