“Mercedes Benz”in də daxil olduğu “Daimler AG” korporasiyasının lüks avtomobillər üzrə ixtisaslaşmış digər üzvü “Maybach” şirkəti G seriyasından olan yeni avtomobilini təqdim edib.
Oxu.Az xəbər verir ki, Cenevrə Avtomobil Sərgisində nümayiş etdirilən “Mercedes-Maybach G-650” modeli təxminən 630000 avro qiyməti ilə SUV sinfində dünyanın ən bahalı avtomobili ünvanını əlində saxlayacaq.
G-650 daha çox biznes sinfindən olan avtomobilləri ilə məşhur olan “Maybach”ın ilk SUV avtomobilidir. Avtomobil həm ənənəvi sərt tavan, həm də “Landaulet” adı verilən qatlanaraq yığıla bilən yumşaq örtüklü tavan versiyalarına sahib olacaq.
“Maybach” bu modeldən cəmi 99 ədəd istehsal etməyi planlaşdırır.
İsmayıl Nur