Oxu.Az Publika.az-a istinadla şəxsi biznesi olan müğənnilərin siyahısını təqdim edir:
Müğənni Vasif Məhərrəmlinin kişi geyimlərinin satışı ilə məşğul olan mağazası var. Mağaza oğlunun adını daşıyır.

Rəqqasə Aytənin ayaqqabı mağazası var. Özü də malları İtaliyadan sifariş edir.

Vüqar Muradov restoran sahibidir. Müğənni restoranında doğulduğu bölgənin mətbəxini təqdim edir.

Emil Bədəlov dövrün nəbzini yaxşı tutub, özünə turizm agentliyi açıb.

Azəri Günel Türkiyədə “Pizza” restoranına rəhbərlik edir. Sevdiyi qonaqlara bəzən özü “pizza” hazırlayır.

Zamiq Hüseynov mağaza sahibidir, bu yaxınlarda da səsyazma studiyası açıb.

Mənzurə Musayeva və Xatirə İslamın çörəyi həm səslərindən, həm də “daşdan”, yəni daş karxanasından çıxır. Xatirə həmçinin, xınayaxdı mərasimlərinə təşkilatçılıq edir.


Rəqqasə Fatimənin quru meyvələrin satışı ilə məşğul olan mağazası, rəqs məktəbi var. Onun həmçinin xınayaxdı mərasimləri üçün xidmətlər təklif edən şirkəti fəaliyyət göstərir.

Rəqqasə Oksana Rəsulovanın film istehsalı ilə məşğul olan prodakşını və rəqs məktəbi var.

Elçin Hüseynov bir neçə restorana rəhbərlik edir. Müğənni biznesini şərikli, yəni qardaşı ilə idarə edir.

Nüşabə Ələsgərlinin gözəllik salonu var. Hərçənd müğənni bir neçə dəfə efirdə salonun gəlir gətirmədiyini deyib.

Aslan Hüseynov bal biznesi ilə məşğuldur. Balı Qırğızıstandan gətirən Aslanın şəriki qardaş respublikada yaşayan dayısıdır.

Sevil-Sevinc bacıları, həmçinin Rəqsanə Rusiyada restoran sahibləridir.


Əməkdar artist Aygün Bəylərin avtoservisi var.

A.S.
www.oxu.az