Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Orqanizmi xərçəngdən qorumağın yolu tapıldı
Beynəlxalq alimlər qrupu xərçəng şişlərinə qarşı mübarizə zamanı “taqətdən düşən” T-hüceyrələrin təkrar aktivləşdirilməsi yolunu tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə “MedicalXpress” nəşrində məlumat dərc olunub.
Məlum olduğu kimi, immun sisteminin xərçənglə mübarizənin öhdəsindən gələ bilməməsinin əsas səbəblərindən biri limfositlərin bədxassəli şişlərə hücumu zamanı enerjisini itirməsidir.
Bu ona görə baş verir ki, törəmələr qlükozanı daha effektiv şəkildə canına çəkir və beləcə, T-hüceyrələri qida mənbəyindən məhrum edir. İmmunitet bir müddət şişlə mübarizə aparsa da, sonradan onun inkişafına əngəl yarada bilmir.
Tədqiqatçılar müəyyən edib ki, limfositlərin taqətdən düşməsinə təsir göstərən əsas səbəb onda “enolaza 1” fermentinin miqdarının (həmin ferment qlükozanın oksidləşməsində mühüm rol oynayıb) aşağı düşməsidir.
Nəticədə, oksidləşdirici fosforlama templəri azalır. Qeyd olunan proses enerjinin ATF molekulu şəklində saxlanılmasına yol açır.
Bundan qaçmaq üçün alimlər hüceyrələri qlükozanın son məhsulu sayılan piruvatları boğmağa vadar edib. Bu, limfositlərin enerji qəbulunun çoxalmasına və beləcə, immun sisteminin xərçənglə mübarizədə aktivləşməsinə səbəb olub.
Əldə olunmuş nəticənin əsasında tədqiqatçılar nəzarət nöqtələrinin inhibitorlarından (immunitetin mübarizədə blokanmasının qarşısını alan maddələr) ibarət pereparat hazırlayıb.
Sınaq heyvanları üzərində aparılan təcrübədə şişli ocaqların inkişafının ləngiməsi və limfositlərin aktivləşməsi müşahidə olunub. Gələcəkdə insanlar üzərində klinik sınaqların aparılacağı istisna edilmir.