Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirovun maraqlı görüntüsü yayılıb.
Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, futbolçu Ruslan Abışov Vüqarın nağara ilə ifasını çəkərək öz “Instagram” hesabında paylaşıb.
Ruslan Abışov videonun altına “Qarabağ”ın futbolçusu Vüqar Nadirovdan eksklüziv ad günü videosu” qeydini yazıb. Futbolçu zarafatyana Vüqarın toylara yarım saatı 500 manata getdiyini bildirib.
A.M.