İnternetdə bir neçə gün ərzində populyarlıq qazanan video yayılıb.
Oxu.Az xəbər verir ki, bu videoya hal-hazırda YouTube-un sayğacında təxminən 2 milyon baxış var.
Videoçarxda balıqçıların nəhəng kalmar ilə mübarizə apardığı görünür.
Balıqçılar mətbuata kalmarın onların ovunu oğurlamağa çalışdığını danışıblar. Rəqibin ölçülərinə baxmayaraq, rusiyalı balıqçılar özlərini itirməyiblər və öz qənimətlərini müdafiə ediblər. Onlar harpun və nizələrin yardımı ilə kalmarı itələyiblər.
Qeyd etmək lazımdır ki, kalmar təslim olmayaraq qayığın başına fırlanıb. Bir müddət sonra suya dalaraq üzüb gedib. Balıqçılar belə kalmar ilə rastlaşmadıqlarını bildiriblər.
Mütəxəssislər videoçarxa şərh verməyiblər, sadəcə onu abunəçilərinin diqqətinə çatdırıblar.
Kalmarın ölçüləri və dənizçilərin cəsarəti çoxlarını şoka salıb.
E.Ə.
www.oxu.az