Britaniyalı sehrbaz sərxoş tamaşaçılarını Temzaya düşən mobil telefonla əlaqəli “uğursuz tryuk” ilə qorxudub.
Oxu.Az Lenta.ru-ya istiandən xəbər verir ki, video-çarx Ryan Tricks TV-nin “YouTube” kanalında yerləşdirilib.
Videoda sehrbaz bir qrup kişiyə qələmin və alışqanın yox olması tryukunu göstərir. Daha sonra o tamaşaçılardan birinin mobil telefonunu götürür və həmin tryuku təkrar etmək istəyir. “Sehrbaz telefonu çaya atanda tamaşaçının dili qurudu. Siz telefonun sonradan haradan çıxdığına inana bilməyəcəksiniz”, - çarxa şərhdə yazılıb.
S.S.
www.oxu.az