Şirvanda baş verən avtoqəzada 66 yaşlı sürücü ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə H.Əliyev prospektində Şirvan sakini, 1951-ci il təvəllüdlü Musayev Allahqulu Mürşüd oğlunun idarə etdiyi “VAZ” markalı, 99 BV 132 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan şəhər xəstəxanasına çatdırılıb. Bir müddət sonra sürücü aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
A.M.