Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 1:30 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alınıb.
Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
A.M.