Vyetnamda yerləşən Şondonq mağarası dünyada ən böyük mağaradır. O, Malayziyada yerləşən Maral mağarasından 5 dəfə böyükdür. Onun ümumi həcmi 38,5 milyon k/m-dir. Burada hətta çaylar, cəngəlliklər və buludlar var...
Bu nəhəng mağaranın insanlara milyon il naməlum qalması inanılmazdır. Yerli sakinlər onu 1991-ci ildə aşkar ediblər, 2009-cu ildə onu Britaniya speleoloqları aşkar edib.
Şondonq mağarası Mərkəzi Vyetnamda yerləşir, Kuannqbinq əyalətində, Fonqnya-Kebanq parkında Hanoydan 500 km cənubda yerləşir.
Şondonq mağarası o qədər nəhəngdir ki, (bəzi yerlərdə hündürlük 200 metrə çatır, eni 150 metr, uzunluq isə 5 kilometrdir), özünün çayları, cəngəllikləri və iqlimi var.
Avstraliyalı fotoqraf John Spies burada bir həftə keçirərək, təbiət möcüzələrini və bura düşmək üçün 3000 dollar pul xərcləyən turistləri çəkib.
Oxu.Az sizə Şondonqdan olan şəkillərdən yığmanı təqdim edir: