Tehran küçələrinin birində yoldan keçən kişinin söndürülməmiş siqareti kanalizasiyaya atması partlayışa səbəb olub.
Oxu.Az-ın xəbərinə görə, insident müşahidə kameraları tərəfindən lentə alınıb.
Partlayış nəticəsində hadisənin günahkarı havaya qalxaraq yerə çırpılıb.
Videonu ilk olaraq Twitter sosial şəbəkəsində @Xerxesss adlı istifadəçi paylaşıb.
Qeyd olunur ki, görüntülər siqaret çəkmək kimi zərərli vərdişlə mübarizədə istifadə oluna bilər.
S.B.
www.oxu.az