99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkmiş və bu görüntülər sonradan sosial şəbəkələrdə yayılmışdı.
Oxu.Az xəbər verir ki, olke.az saytı sürücünü ağladan keçmiş yol polisi Elvin Mövlanovun fotosunu əldə edib.

Mövlanov isə məsələylə bağlı açıqlamasında sözügedən videodan xəbərsiz olduğunu iddia etmişdi:
“O videonu yayanı tapsam, ölüsünü trasa qoyacağam”.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi yaydığı açıqlamada hadisə zamanı 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan hər iki şəxsin işdən azad edildiyini bildirib.
Sözügedən hadisə DYP-nin Sabirabad postunda baş vermişdi.
A.M.