“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, məşhur milyarder İlon Mask işə vaxtında çatmaq və tıxacdan birdəfəlik canını qurtarmaq üçün Los-Ancelesdə tunel çəkdirir.
Oxu.Az avtosver.az-a istinadən xəbər verir ki, o, bu haqda “Tvitter” hesabında yazıb: “Tıxac məni dəli edir. Bu səbəbdən tunelqazan maşın düzəldib, yeri qazmağa başlayacam”.
Bir çox istifadəçilər bunu zarafat kimi qəbul etsə də, “SpaceX”-in sahibi sonrakı tvitində bunu təsdiq edib: “Tunel məsələsində möhtəşəm proses gedir. Bir aya qazmağa başlayacağıq”.
Tunelin bir çıxışı Los-Ancelesdə “SpaceX”-in ofisinə çıxacaq. Tunel vasitəsilə aeroporta 5 dəqiqəyə çatmaq mümkün olacaq. Ola bilsin ki, tunelin digər çıxışı “Tesla”nın ofisinə çıxacaq. Bu isə təxminən 500 km edir.
A.M.