Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb.
“VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən kənd sakini, 40 yaşlı Vasif Fətullayevi vurub. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az