Türkmənistan prezindeti Qurbanqulu Berdiməhəmmədov bəstələdiyi musiqi parçasını nəvələri ilə birgə ifa edib.
Oxu.Az-ın haqqın.az-a istinadən verdiyi məlumata görə, Türkmənbaşı “Yadımda” adlı mahnını Avaza istirahət mərkəzində məzuniyyəti keçirərkən ifa edib.
Xatırladaq ki, Türkmənistan rəhbəri mütəmadi olaraq yeni mahnılar hazırlayır. Onlardan biri Türkmənistanda keçiriləcək Asiada-Asiya ölkələri arasında beynəlxalq idman yarışlarının himni seçilib.
İ.F.